Yuxarı

"Apple" 200 milyon dollara süni intellekt hazırlanması ilə məşğul olan şirkət alıb

Turi süni intellektli maşın və cihazların öz-özlərini idarə edə biləcəyi proqram təminatı hazırlayır

Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-ın "Apple" korporasiyası süni intellekt hazırlanması ilə məşğul olan "Turi" startap şirkətini alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edib.

"Turi" süni intellektli maşın və cihazların kənar müdaxiləsiz öz-özlərini idarə edə biləcəyi proqram təminatı hazırlayır.

"Turi" komandası tərəfindən hazırlanmış alqoritmlər istifadəçilərin davranışlarını təhlil edə, müxtəlif problemlərdə onlara ən uyğun həll variantını təklif edə və hətta elektron fırıldaqçılıq hallarını aşkar edə bilər.

"Apple" gələcəkdə "Turi"nin əldə edəcəyi texnoloji yenilik və uğurları özünün "Siri" adlı səsli elektron köməkçisində istifadə edə bilər. Bu cür elektron köməkçilər korporasiyanın istehsal etdiyi cihazların əksəriyyətində quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi