Yuxarı
    Bağlamaq

    ​“Applab” layihələri “Yeni Fikir 2016”nın qalibləri olub

    Proqram iştirakçıları müsabiqədə 1-ci və 2-ci yerləri tutublar

    Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti “AppLab” proqramının iştirakçıları olan “Kvotter” və “Flapus” layihələrinin Qafqaz Universiteti (Texnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2016” müsabiqəsində (Yeni Fikir Müsabiqəsi - YFM) 1-ci və 2-ci yerləri tutublar.

    Şirkətdən “Report”a bildirilib ki, Yeni Fikir Müsabiqəsinin əsas məqsədi innovativ sahibkarlığın inkişafına dəstək verməkdir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

    “AppLab üzvlərinin hər bir uğurlu addımının şahidi olmaq bizi çox sevindirir. Milli mobil operator olaraq, biz Azərbaycanda sürətlə inkişaf edən İKT sektorunun gələcəyinin təməlini qoyan gənc istedadlara dəstək göstərməkdən fəxr hissi duyuruq. “Bakcell” və onun tərəfdaşları “AppLab” ailəsinə üzv seçilən hər bir layihəni bərabər imkanlar və alətlərlə təmin edir. Bu cür yanaşma isə onların sağlam rəqabət mühitində inkişaf etməsi üçün daha bir zəmin yaradan amildir”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç qeyd edib.

    “AppLab” proqramının yetirməsi olan “Kvotter” layihəsinin məqsədi istifadəçilərə kitablardan, jurnallardan, internet səhifələrindən və hətta rəqəmsal cihazlardan oxuduqları bəyənilən sitatları paylaşmaq imkanı verən sosial şəbəkə yaratmaqdır. İstifadəçilər adi kameradan istifadə edərək istənilən mətn və ya fotoşəkilləri skan edib asanlıqla dostları ilə paylaşa bilərlər.

    Proqramın digər məzunu olan “Flapus” layihəsi istifadəçilərin bir-birinə mətn mesajları kimi sadə xatırlatma bildirişləri göndərməsini imkanlaşdıran smartfonlar üçün asan idarəolunan tapşırıqlar meneceridir. Bu proqram istifadəçilərin özləri və ya digərlərinə tapşırıqlar yaratması, göndərməsi işlərini asanlaşdıraraq. Tapşırığı alan adamların lazım olan zaman və ya yerdə xəbərdar olmalarını təmin edir.

    Qeyd edək ki, “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilən developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilən icra modelidir. “Bakcell” mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi