“App Store” mağazasında aktiv mobil əlavələrin sayı 1,5 mln. ədədi ötüb

“App Store” mağazasında aktiv mobil əlavələrin sayı 1,5 mln. ədədi ötüb Aktiv proqramlar mağazadan yüklənməyə hazır olan proqramlardır
İKT
16 İyul , 2015 20:35
“App Store” mağazasında aktiv mobil əlavələrin sayı 1,5 mln. ədədi ötüb

Bakı. 16 iyul. REPORT.AZ/ “AppShopper” analitik şirkətinin məlumatına görə, “App Store” mağazasında aktiv mobil əlavələrin sayı 1,5 mln. ədədi ötüb.

“Report” xarici mediaya istinadən bildirir ki, aktiv proqramlar mağazadan yüklənməyə hazır olan proqramlardır.

Məlumata görə, bu bazar ABŞ-ın “Apple” şirkətinin onlayn mağazasında əlavələrin sayı 1,5 milyonu ötüb, həmçinin şirkət ümumilikdə 2,3 mln. proqramı təsdiq edib. “App Store”da 23 400 proqram məxsusi “Mac” kompüterləri üçün yazılıb. Bundan əlavə, “iPhone” istifadəçiləri 1 mln.dan çox oyun və əlavə yükləyə bilərlər, eləcə də “iPad” planşeti üçün 480 minə yaxın proqram optimallaşdırılıb.

10 iyul 2008-ci ildə fəaliyyətə başlayan “App Store” əlavələr mağazasında təqdim edilən proqramların bir hissəsi pulsuzdur. Mağazada istifadəçilərin 24 kateqoriyada, o cümlədən oyunlar, sosial şəbəkələr, foto və video, idman, sağlamlıq və fitnes, səyahət kimi. kateqoriyalarda çoxlu seçim imkanı var.

2015-ci ilin ilk həftəsində rekord qeydə alınıb. Belə ki, istifadəçilər mağazada əlavələrin alışına təxminən yarım mlrd. dollar xərcləyiblər, ilin ilk günündə isə mağaza tarixində gündüz vaxtı satışın maksimal həcminə nail olunub.

Hazırda proqram tərtibatçılarının "App Store”da əlavə və oyunlardan ümumi gəlirləri 25 mlrd. dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi