Yuxarı

​AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun veb-saytının yeni versiyası istifadəyə verilib

Veb-sayt 3 dildə fəaliyyət göstərir

Bakı. 21 iyun. REPORT.AZ/ AMEA-nın Rəyasət Heyətində akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun veb-saytının təqdimatı keçirilib.

“Report”un İnformasiya Texnologiyaları İnstitutuna istinadən verdiyi məlumata əsasən, tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA Kimya Elmləri bölməsinin akademik-katibi, AMEA Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, institutların digər məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən akademik R.Əliquliyev bildirib ki, AMEA-da yüksək texnologiyalar sürətlə tətbiq olunur. Onun sözlərinə görə, akademiya rəhbərliyielmi müəssisə və təşkilatlarının veb-saytlarının yüksək səviyyədə təşkilinə böyük önəm verir: “Akademiyada fəaliyyət göstərən institut və təşkilatların veb-saytlarının səmərəliyinin artırılması məqsədilə yaradılan Monitorinq qrupu tərəfindən mütəmadi olaraq monitorinqləraparılır. Bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır. Veb-saytlar yaradılarkən onların beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə cavab verməsi olduqca əhəmiyyətlidir. Dövlət qurumlarının veb-saytlarının bu tələblərə cavab verməsivacibdir. İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri tərəfindən yaradılan AMEA Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun veb-saytıqeyd edilən bütün müasir tələblərə cavab verir”.

Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun saytını (www.kqkiamea.az) təqdim edən İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova veb-saytın yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu deyib: “AzSciencenet elm-kompüter şəkəsinin Data Mərkəzində yerləşdirilən veb-sayt AMEA-nın institut və təşkilatlarının veb-saytlarına olan tələblərə uyğun dizayn edilib. Sayt 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərir. Burada “İnstitut haqqında”, “Xəbərlər”, “Elmi fəaliyyət”, “Şuralar”, “Beynəlxalq əməkdaşlıq”, “Dövri nəşrlər” və digər bölmələryer alıb. İnstitutda keçirilən mühüm tədbirlər “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapır. Veb-resurssadə və genişləndirilən axtarış sisteminə malikdir. Veb-resursda yerləşdirilən sayğac sayta olan müraciətlərin illər üzrə dinamikası və müraciətlərin coğrafiyası haqqında məlumatları əldə etməyə imkan verir”.

Sonda təqdimata dair geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi