AMEA korporativ e-poçtda yaranan problemlə bağlı məlumat yayıb

AMEA korporativ e-poçtda yaranan problemlə bağlı məlumat yayıb “AzScienceNet” elm-kompüter şəbəkəsinin korporativ e-poçt xidməti sistemində yaranan qəza ilə bağlı açıqlama yayıb.
İKT
1 İyun , 2020 12:06
AMEA korporativ e-poçtda yaranan problemlə bağlı məlumat yayıb
AMEA / Report

“AzScienceNet” elm-kompüter şəbəkəsinin korporativ e-poçt xidməti sistemində yaranan qəza ilə bağlı açıqlama yayıb. 

“Report”un AMEA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu il mayın 29-da, saat 18:00 radələrindən etibarən AMEA-nın Rəyasət Heyətinə, elmi-tədqiqat müəssisələri və qurumlarına e-poçt xidmətinin göstərilməsində problem yaranıb. 

Bildirilir ki, aparılan araşdırmalar nəticəsində AzScienceNet-in Data Mərkəzinin e-poçt sisteminin əsas və ehtiyat nüsxələrini yadda saxlayan serverlərində və proqram təminatında texniki nasazlıq aşkarlanıb. 

"Hazırda e-poçt xidmətinin bərpa olunması istiqamətində işlər görülür. Xidmət yaxın günlər ərzində tam bərpa ediləcək. AMEA əməkdaşlarına tövsiyə olunur ki, problem aradan qalxanadək digər e-poçt xidmətlərindən (Gmail, Yahoo!, Hotmail, Yandex və s.) istifadə etsinlər", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi