Yuxarı
    Bağlamaq

    AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

    Böyük ölçülü verilənlərin klasterləşməsi üçün yeni alqoritm təklif olunub

    Bakı. 27 oktyabr. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib.

    İnstitutdan “Report”a verilən xəbərə görə, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın böyük ölçülü verilənlərin çoxsaylı problemlərinin araşdırılmasına həsr olunduğunu bildirib. R.Əliquliyev qeyd edib ki, bu problemlərdən biri də böyük ölçülü verilənlərin analizidir.

    İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Böyük ölçülü verilənlərin klasterləşməsi alqoritmləri” mövzusunda məruzə ilə çıxış edərək klasterləşmə metodları haqqında məlumat verib. O, bu metodların öyrədilən, yarım-öyrədilən və öyrədilməyən olmaqla siniflərə ayrıldığını bildirib: “Böyük ölçülü verilənlərin klasterləşməsi metodları paralel sistemlər üzərində işləyən metodlara bölünür. Bu zaman bir sıra problemlərə rast gəlinir”.

    R.Alıquliyev böyük ölçülü verilənlərin bir kompüterdə klasterləşməsini həyata keçirməyə imkan verən yeni metod haqqında məlumat verərək aparılan eksperimentlərin nəticələrini nümayiş etdirib və gələcək tədqiqatların istiqamətlərini nəzərə çatdırıb.

    Məruzə ətrafında gedən müzakirələrdə iştirak edən institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Bikəs Ağayev, Vüqar MusayevFərhad Yusifov, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovasual və təkliflərini səsləndirdilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi