“AmCham Azərbaycan” əqli mülkiyyət hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“AmCham Azərbaycan” əqli mülkiyyət hüquqlarının müdafiəsinə hörmətlə yanaşır Əqli mülkiyyət hüquqlarının (ƏMH) qorunması Azərbaycan iqtisadiyyatı və onun sonrakı inkişafı üçün olduqca əhəmiyyətlidir. Bu hüquqların qorunma səviyyəsi ölkənin iqtisadiyyatı və biznes investisiya mühitinin qiymətləndirilməsi üçün əsas göstəricilərindən biridir.
İKT
17 May , 2019 11:16
“AmCham Azərbaycan” əqli mülkiyyət hüquqlarının  müdafiəsinə hörmətlə yanaşır

Əqli mülkiyyət hüquqlarının (ƏMH) qorunması Azərbaycan iqtisadiyyatı və onun sonrakı inkişafı üçün olduqca əhəmiyyətlidir. Bu hüquqların qorunma səviyyəsi ölkənin iqtisadiyyatı və biznes investisiya mühitinin qiymətləndirilməsi üçün əsas göstəricilərindən biridir.

“AmCham Azərbaycan”dan “Report”a bildirilib ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və onun üzv şirkətləri ƏHM-ə hörmət etməyi və onu qorumağı, həmçinin, Azərbaycanda ƏMH-ın qorunması və tətbiqinin yaxşılaşdırılması üçün öhdəlik götürür.

Bu gün informasiya texnologiyalarının inkişafı əqli mülkiyyətin qorunması prinsiplərinin yeni nəzərdən keçirilməsini tələb edir. Əqli mülkiyyətin kütləsi artdıqca, mütənasib olaraq müəlliflik hüququ sahiblərinin maraqlarının pozulması ehtimalları da artır. Texnoloji inqilabın yeni bir mərhələsinə qədəm qoyarkən, ölkələr innovasiyaları inkişafın əsas aparıcısı kimi dəyərləndirir və bu çərçivədə əqli mülkiyyət hüquqlarının qorunması texnologiya mütəxəssislərinin yeniliklərini və yaratma həvəslərini müdafiə edir.

“AmCham Azərbaycan” ƏMH-nın ciddi qorunmasını təmin etmək məqsədi ilə bütün müəssisələrin hüquqlarının qanunla qorunması və biznes və innovasiya üçün arzuolunan mühitin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən həyata keçirilən bütün təşəbbüsləri dəstəkləyir. Ticarət palatası hazırladığı “ağ” sənədlərdə də müvafiq hüquqlarının müdafiəsinin rəqabətli bazar iqtisadiyyatının qurulması üçün əsas olduğunu qəbul edərək, ƏMH pozuntuları və kontrafakt halları ilə mübarizə mövzusunda tövsiyələrini də ardıcıl olaraq təqdim edib. Amerika Ticarət Palatası Azərbaycan hökuməti və digər maraqlı tərəflər ilə ölkədə ƏMH-ın qorunmasının təmin edilməsində əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi