Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank tender keçirir

    AMB müasir videomüşahidə sistemləri və avadanlıqlar almaq istəyir

    Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) müasir videomüşahidə sistemləri və avadanlıqlarının alınması, eləcə də quraşdırılması məqsədilə açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 27-nə qədər, tender təklifini və bank təminatını isə martın 9-na qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,90 ünvanına təqdim etməlidirlər.

    Təkliflərə martın 10-u, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi