"Amazon" şirkətinin sahibi bir saata 3 mlrd. dollar itirib

"Amazon" şirkətinin sahibi bir saata 3 mlrd. dollar itirib Şirkətin səhmləri son 19 ildə 54 000% bahalaşıb
İKT
28 Oktyabr , 2016 16:42
Amazon şirkətinin sahibi bir saata 3 mlrd. dollar itirib

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın "Amazon" pərakəndə internet satışı şirkətinin III rübdəki mənfəəti analitiklərin proqnozlarını doğrultmadığına görə, şirkətin səhmləri xəbərdən dərhal sonra ilk bir saatda 6% dəyərdən düşüb. 

"Report"un RBK saytına istinadən verdiyi xəbərə əsasən, nəticədə, şirkətin qurucusu və baş icraçı direktoru olan Cef Bezosun (Jeff Bezos) şəxsi sərvəti 3,2 mlrd. dollar və ya 4,5% azalaraq 67,5 mlrd. dollara enib.

Analitiklər səhmbaşına "Amazon"dan 0,78 sent xalis mənfəət gözlədikləri halda şirkət 0,52 sent qazandığını açıqlayıb. Bu səbəbdən NASDAQ texnologiya şirkətlərinin tədavül etdiyi fond birjasında şirkətin səhmlərinin qiyməti 5,7% azalaraq 772 dollara enib. 

C.Bezos 1997-ci ildə "Amazon" şirkətinin səhmlərini ilk dəfə fond birjasında yerləşdirib və o zamandan indiyədək şirkətin səhmləri 54 000% bahalaşıb. 

"Forbes" jurnalının oktyabr sayında verdiyi məlumata görə, C.Bezos ABŞ-ın ikinci ən zəngin iş adamıdır.

Son xəbərlər

Orphus sistemi