“Alphabet”in bazar dəyəri 1 trilyon dolları keçib

“Alphabet”in bazar dəyəri 1 trilyon dolları keçib Google axtarış sisteminin ana şirkəti sayılan “Alphabet” korporasiyasının bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib.
İKT
17 Yanvar , 2020 11:05

"Google" axtarış sisteminin ana şirkəti sayılan “Alphabet” korporasiyasının bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, buna səbəb ötən gün şirkətin səhmlərinin qiymətinin 0,8% artaraq 1 450 dolları keçməsidir. 

Hazırda dünyanın ən bahalı şirkəti Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudia Aramco”dur (1,8 trilyon dollar). Onu ABŞ-ın texnologiya şirkətləri "Apple" (1,38 trilyon dollar) və "Microsoft" (1,27 trilyon dollar) izləyir. 

Son xəbərlər

Orphus sistemi