​“Ailə TV” HD telekanalları əsas paketə daxil edib

​“Ailə TV” HD telekanalları əsas paketə daxil edib Rəqəmsal yayım abunəçiləri 10-u HD olan, 110-dan çox telekanal izləmə imkanı əldə edəcəklər
İKT
19 Aprel , 2016 19:58
​“Ailə TV” HD telekanalları əsas paketə daxil edib

Bakı. 19 aprel. REPORT.AZ/ “Caspian Telecom” şirkəti (“Ailə TV” ticarət nişanı) kabel televiziyası rəqəmsal yayıma keçidin stimullaşdırılması məqsədilə növbəti kampaniyaya start verib. 

“Caspian Telecom”un mətbuat xidmətindən “Report”a bildirilib ki, indi “Ailə TV” abunəçiləri 10-u HD olan, 110-dan çox telekanal izləmə imkanı əldə edəcəklər. HD telekanalları izləmək üçün abunəçilərin resiverlərindən avtoaxtarış etmələri tələb olunur.

“Ailə TV” abunəçilərinin daha çox rəqəmsal yayıma üstünlük verdiklərini nəzərə alaraq, yeni kampaniyaya başlamaq və abunəçilərə güzəştli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşulmaq üçün müxtəlif imkanlar təqdim etmək qərarına gəlib.

Qeyd edək ki, HD yayımı yalnız “Ailə TV”nin yeni resiverləri və CAM modul cihazları dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi