​"Ailə TV" güzəşt kampaniyasını dayandırıb

​"Ailə TV" güzəşt kampaniyasını dayandırıb Şirkət xidmət tariflərində dəyişiklik etməyəcək
İKT
1 Fevral , 2016 17:38
​Ailə TV güzəşt kampaniyasını dayandırıb

Bakı. 1 fevral. REPORT.AZ/ “Caspian Telecom” MMC (“Ailə TV” ticarət nişanı) milli valyutanın devalvasiyası ilə əlaqədar kabel televiziyası xidmətlərinin tariflərində dəyişiklik etməyəcək.

“Ailə TV”nin mətbuat katibi Sabir Məşədizadə “Report”a açıqlamasında bildirib ki, tariflərdə dəyişiklik olmasa da, şirkət TV+İnternet xidmətləri üzrə keçirdiyi güzəşt kampaniyasını dayandırıb: “TV+İnternet xidmətlərinə görə əvvələr abunəçilərə güzəşt tətbiq olunurdu. Məsələn, TV (10 manat) + NET (18 manat) – abunə haqqı güzəştlə 23 manat idi, hazırda bu məbləğ güzəşt olmadığı üçün 28 manat təşkil edəcək. Ümumiyyətlə, şirkətdə qiymət artımı 2006-cı ildən bu günə qədər yalnız bir dəfə - 2015-ci ilin sentyabr ayında olub və TV xidmətləri cəmi 1 manat artırılıb. Qiymətlərin artırılması ilə bağlı xüsusi tədbirlərin görülməsi hələlik nəzərdə tutulmayıb, lakin bu məsələ hazırda aktual olaraq qalır”.

S.Məşədizadə qeyd edib ki, hazırda “Ailə TV" ən son “Over the Top” texnologiyası üzərindən IP TV xidmətlərinin tətbiqinə başlayıb: “Bu rəqəmsal yayımın standart paketinə 100 kanal daxildir. Abunəçi rəqəmsal yayıma qoşulmaqla, HD və Fərdi seçimə uyğun paketə də abunə olmaq imkanı əldə edir”.

Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən “Caspian Telecom” şirkəti 1997-ci ildə təsis olunub. Abunəçilərə İT və telekommunikasiya xidmətləri göstərən, Azərbaycanda ilk rəqəmsal kabel televiziyası operatoru olan “Ailə TV” HD teleyayımı da tətbiq edən ilk milli brendir. Şirkət hazırda Bakı və Gəncə şəhərlərinin sakinlərə kabel televiziyası xidmətləri göstərir. Şirkətin abunəçilərə həftənin bütün günləri, 24 saat rejimində xidmət göstərən (012) 920 Müştəri Xidmətləri Mərkəzi mövcuddur.

Son xəbərlər

Orphus sistemi