Yuxarı

​ADA Universitetində regionun ilk Kompitensiya Mərkəzi yaradılacaq

ADA və SAP universitetləri arasında anlaşma memorandumu imzalanıb

Bakı.10 aprel. REPORT.AZ/ Azərbaycan Diplomatiya Akademiyasında (ADA Universiteti) regionun ilk Kompitensiya Mərkəzi yaradılacaq. Bununla bağlı razılıq bu gün Bakıda ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu ilə "SAP Bussines One" komandası arasında əməkdaşlıq çərçivəsində "Kiçik və orta biznes üçün həllər" mövzusunda keçirilən konfrans zamanı əldə olunub.

"Report"un verdiyi xəbərə görə, tədbir çərçivəsində ADA Universiteti və SAP arasında anlaşma memorandumu imzalanıb və ADA Universiteti SAP Universiteti Alyansının üzvünə çevrilib, Universitetin İT və Mühəndislik İnstitutunda regionun ilk Kompitensiya Mərkəzinin yaradılmasına dair razılıq əldə olunub.

ADA Universitetinin İT və Mühəndislik İnstitutunun dekanı Muhammadu Kah bildirib ki, yaradılan Kompitensiya Mərkəzinin köməkliyi ilə ADA özəl və dövlət sektoru üçün əhəmiyyətli olan bacarıqlı insan kapitalının formalaşdırılmasına öz töhfəsini verəcək: "SAP Universiteti ilə əməkdaşlıq etməklə SAP-ın yeni texnologiya və əməliyyatları, o cümlədən onların zəngin təcrübəsini Azərbaycan və regionun digər ölkələrinin inkişafına sərf etmək mümkün olacaq".

Dekan bildirib ki, ADA - SAP Alyansına üzv olan ilk Azərbaycan universitetidir.

Tədbirdə Azərbaycanın SAP üçün strateji əməkdaşlıq rolunu oynaması, kiçik və orta biznes üçün texnoloji yeniliklərdən faydalanma yolları, istehsalat, turizm və ticarət sahələri üçün biznes həlləri və s. mövzularda müzakirə olunur. Ən yeni bulud texnologiyaları əsasında işləyən yeni həll kiçik və orta biznes üçün sərfəli şərtlərlə olmaqla yanaşı "Elektron Hökumət", elektron ticarətin inkişafına dəstək verəcək. İstehsalat, turizm, ticarət və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrin daxili proseslərinin avtomatlaşdırılması, hökumət-biznes əlaqələrinin inkişaf əlaqələrinin inkişaf etdirilməsi kimi funksiyalar və perspektiv imkanlar yaradacaq.

Qeyd edək ki, bulud texnologiyalarından istifadə etməklə xidmətlərin təşkili üçün SAP şirkəti və "BUZ Konsaltinq" MMC arasında saziş imzalanıb.

Qeyd edək ki, ADA Universiteti SAP həllərindən istifadə sahəsində təcrübəyə malikdir. Universitet artıq büdcə planlaması, maliyyə əməliyyatlarının aparılması, analitik hesabatlar, iş proseslərinin avtomatlaşdırılmasını həyata keçirmək üçün bu sistemdən istifadə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi