​ABŞ ordusu dördayaqlı robotu sınaqdan keçirib

​ABŞ ordusu dördayaqlı robotu sınaqdan keçirib "Bu, qiymətləndirmə sınağı idi və hərbçilər belə robotlara orduda ehtiyac olub-olmadığı barədə qərar qəbul edəcəklər"
İKT
22 Sentyabr , 2015 04:26
​ABŞ ordusu dördayaqlı robotu sınaqdan keçirib

Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ Dəniz Piyadaları Qüvvələri Amerikanın "Boston Dynamics" şirkətinin hazırladığı dördayaqlı "Spot" adlı robotu sınaqdan keçirib.

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə keçirilən mətbuat konfransında ABŞ Dəniz Piyadaları Qüvvələrinin nümayəndəsi bildirib.

"Bu, qiymətləndirmə sınağı idi və hərbçilər belə robotlara orduda ehtiyac olub-olmadığı barədə qərar qəbul edəcəklər. "Kuantiko" bazasında keçirilən yoxlamalar zamanı "Spot" binaya birinci daxil olaraq oradakı şərti düşməni axtarıb, hər bir küncə nəzarat edib. Aşkar edilmiş məlumatları robot operatora ötürüb", - ABŞ Dəniz Piyadaları Qüvvələrinin nümayəndəsi bildirib.

"Robot meşə zolağında, şəhər tikililəri arasında və digər ərazilərdə sınaqdan keçirilib. ABŞ Dəniz Piyadaları Qüvvələri dördayaqlı robotu bir daha sınaqdan keçirtmək niyyətindədir. Gələcəkdə amerikalı hərbçilər onlardan kəşfiyyatda, mühafizədə və yüklərin daşınmasında istifadə edəcək", - nümayəndə bildirib.

Son xəbərlər

Orphus sistemi