ABŞ-ın Ədliyyə Nazirliyi onlayn platformaların fəaliyyətini araşdırmağa başlayıb

ABŞ-ın Ədliyyə Nazirliyi onlayn platformaların fəaliyyətini araşdırmağa başlayıb ABŞ-ın Ədliyyə Nazirliyi texnologiya bazarının lideri olan şirkətin fəaliyyətini araşdırmağa başlayıb.
İKT
24 İyul , 2019 11:53
ABŞ-ın Ədliyyə Nazirliyi onlayn platformaların fəaliyyətini araşdırmağa başlayıb

ABŞ-ın Ədliyyə Nazirliyi texnologiya bazarının lideri olan şirkətin fəaliyyətini araşdırmağa başlayıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məqsəd onlayn platformaların antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. 

"Antiinhisar Komitəsi aparıcı onlayn platformaların bazarda nə dərəcədə dominant mövqe tutduğunu, onların rəqabətin zəifləməsinə, yeniliklərin qarşısının alınmasına və istehlakçılara digər zərər verməyə yönəlmiş fəaliyyətlə məşğul olub-olmadıqlarını araşdırır", - deyə açıqlamada qeyd olunub. 

Qurum həmçinin bəyan edir ki, araşdırmanın məqsədi onlayn bazarda rəqabət şərtlərini qiymətləndirmək və amerikalıların rəqabətli bazarlara sərbəst çıxışını təmin etməkdir.

Bu arada ABŞ-ın məşhur "The Wall Street Journal" nəşri yazıb ki, Ədliyyə Nazirliyinin araşdırması "Facebook", "Google", "Amazon" və "Apple" kimi şirkətlər üçün yeni təhlükələr yaradır.

Son xəbərlər

Orphus sistemi