​Mobil trafikin 2019-cu ilədək həcmi 10 dəfə artacaq

​Mobil trafikin 2019-cu ilədək həcmi 10 dəfə artacaq "Wi-Fi" çağırışlarında istifadə olunan dəqiqələrin sayı 2018-ci ilədək “4G” zənglərin sayını üstələyəcək
İKT
5 Fevral , 2015 20:26
​Mobil trafikin 2019-cu ilədək həcmi 10 dəfə artacaq

Bakı. 5 fevral. REPORT.AZ/ “Cisco” şirkətinin “Visual Networking Index” proqnozuna görə, 2019-cu ilədək illik qlobal mobil məlumat trafikinin həcmi 873% - 2014-cü ildəki 30 eksabaytdan 292 eksabaytadək artacaq.

"Report" "Telekomza" saytına istinadən yazır ki, illik dərc edilən indeksə əsasən, 2019-cu ilədək mobil istifadəçilərin sayı ötənilki 4,3 mlrd.-dan 5,2 mlrd.-a yüksələcək, ümumi mobil trafikin 97%-i “smart” (ağıllı) qurğuların payına düşəcək, qurğuların 44%-i “3G”, 26%-i “4G” şəbəkələrindən istifadə edəcək. Həmçinin 2017-ci ilədək “3G” hazırda ən çox istifadə olunan “2G” şəbəkəsini ötəcək.

Mobil trafik 2019-cu ilədək 5 dəfə - 2014-cü ildəki 109 mln.-dan 578 mln.dək yüksələcək daşınan qurğuların sayının artmasından asılı olacaq. “Wi-Fi” çağırışlarında (Wi-Fi - voice-over-wifi) istifadə olunan dəqiqələrin sayı 2018-ci ilədək “4G” zənglərin (LTE, VOLTE) sayını üstələyəcək.

292 eksabayt 2000-ci ildəki stasionar və mobil rabitənin ümumi İP trafikindən 292 dəfə və ya “Instagram” şəbəkəsində bir il ərzində dünyada adambaşına düşən 23 gündəlik fotodan (ümumilikdə 65 trln.) və ya 6 trln. videoklipdən çoxdur.

Regional mobil trafikin artımı şəraitində 2019-cu ilədək Asiya-Sakit okean regionunda ayda 9,5 eksabayt, Şimali Amerikada 3,8 eksabayt, Qərbi Avropada 2,4 eksabayt, Mərkəzi və Şərqi Avropada 3,5 eksabayt, Yaxın Şərq və Afrikada 3 eksabayt, Cənubi Amerikada 2 eksabayt trafikdən istifadə olunacaq.

“Cisco” nümayəndələri qeyd edirlər ki, “Visual Networking Index” indeksində proqnozlar müstəqil analitiklərin proqnozlarına və real dünyada məlumatlardan istifadə üzrə tədqiqatlara əsaslanır.

Son xəbərlər

Orphus sistemi