Ötən il istifadə edilmiş "E-imza" sertifikatının sayı açıqlanıb

Ötən il istifadə edilmiş "E-imza" sertifikatının sayı açıqlanıb Bakı. 11 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən E-imza” sertifikatlarının sayı 39 748 ədəd təşkil edib. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşüb.
İKT
11 Yanvar , 2019 15:57
Ötən il istifadə edilmiş E-imza sertifikatının sayı açıqlanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 748 ədəd təşkil edib. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşüb.

Bu barədə "Report"a Nazirlikdən verilən məlumatda bildirlir. 

Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 568 (dövlət qurumları üzrə 9 754, hüquqi şəxslər üzrə 9 518, fiziki şəxslər üzrə 7 296) olub.

İstifadəyə verildiyi gündən 2019-cu ilin 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə, 166 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 206-sı dövlət qurumları, 41 612-si hüquqi şəxslər, 34 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.

Son bir ayda istifadəyə verilən "E-imza” sertifikatlarının sayı isə 3 146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1 834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb.

Bununla yanaşı, "E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35 332 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 990 461 olmaqla, ümumilikdə, 45 323 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 451 832 olub ki, bu da ümumi aparılmış əməliyyatların, təqribən, 34%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 127 063, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 324 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

"E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Son xəbərlər

Orphus sistemi