Yuxarı

​Çində Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin təqdimatı keçirilib

Təqdimatdan əvvəl “TASİM layihəsində Çinin rolu” adlı konfrans təşkil olunub

Bakı. 18 sentyabr.REPORT.AZ/ Pekində Çinin ən nüfuzlu beyin mərkəzlərindən olan Müasir Beynəlxalq Münasibətlər Akademiyasında Azərbaycanın həyata keçirdiyi regional Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin təqdimatı keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, təqdimatdan əvvəl keçirilmiş “TASİM layihəsində Çinin rolu” adlı konfransda Çin beyin mərkəzləri, tədqiqat institutlarının direktorları, elmi işçiləri və Azərbaycanın yerləşdiyi regionla məşğul olan tanınmış tədqiqatçılar iştirak ediblər.

Mərasimdə TASİM layihəsinin direktoru Zaur Həsənov layihənin konsepsiyasından, onun regional və qlobal kommunikasiyaların yaxşılaşdırılmasına, kommunikasiya marşrutlarının şaxələndirilməsinə yönələn missiyasından danışıb.

Bildirilib ki, layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Bu strateji layihənin həm region dövlətləri, həm də layihənin iştirakçısı olan bütün ölkələr üçün faydalı olduğu vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi