Yuxarı
    Bağlamaq

    ​Yuliya Ratkeviç: "Anlaya bilmirəm ki, niyə uduzdum"

    Necə ola bilər ki, əvvəlcə udasan, sonra uduzasan?

    Bakı. 18 avqust. REPORT.AZ/ "Mən bu rəqibə 8:0 hesabı ilə qalib gəlmişdim. Bu dəfə isə təslim oldum. Necə ola bilər ki, əvvəlcə udasan, sonra uduzasan? Necə ola bilər ki, qələbəni rəqibə hədiyyə edəsən?"

    "Report"un məlumatına görə, bunu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal şansını son saniyələrdə əldən verən Azərbaycan qadın güləşçisi Yuliya Ratkeviç (58 kq) Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

    Göz yaşlarını saxlaya bilməyən Ratkeviç son təsəlliverici görüşdə tunisli Marva Amriyə məğlubiyyətinin səbəbini hələ də anlamadığını açıqlayıb: "Görüşün sonlarında bilmirəm ki, başqa nə etməli idim. Hərəkət etmək lazım idi, edirdim. Hücum lazım idi, edirdim. Anlaya bilmirəm ki, niyə uduzdum. Görünür, hesab hələ 3:0 mənim xeyrimə olduğu vaxt hücum erməli, daha 2 xal götürməli idim. O zaman hər şey gözəl olacaqdı. Belə məğlubiyyət baş verməyəcəkdi".

    Qeyd edək ki, Yuliya Ratkeviç 3:0 hesabı ilə öndə olduğu görüşün sonlarında rəqibinə ardıcıl xallar verərək uduzub - 3:6.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi