Yuxarı
    Bağlamaq

    ​Yay Olimpiya Oyunlarının 3-cü günü medal qazanan ölkələr - CƏDVƏL

    Nəhayət Azərbaycan da siyahıya öz adını yazdıra bilib

    Bakı. 9 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Olimpiya Oyunları davam edir.

    "Report" xəbər verir ki, yarışların 3-ci oyun günündən sonra komandaların siyahısına yenidən Birləşmiş Ştatlar liderlik edir.

    ABŞ yığma komandasının aktivində ümumilikdə 19 medal var. Onları 13 medal ilə Çin yığması təqib edir. Medal cədvəlinin üçüncü yerində 7 medal ilə Avstraliya qərarlaşıb.

    3-cü yarış günü, həm də Azərbaycanın medal qazanması ilə əlamətdar olub. Cüdoçu Rüstəm Orucov finalda yaponiyalı rəqibinə məğlub olaraq Azərbaycana gümüş medal qazandırıb və ölkəmizi medal qazanan ölkələr siyahısına daxil edib. Hazırda Azərbaycan yığması 1 medal ilə 26-cı mövqedə qərarlaşıb.

    Yarışlara avqustun 21-də yekun vurulacaq.

    Sıra Ölkə Qızıl Gümüş Bürünc Ümumi
    1 ABŞ 5 7 7 19
    2 Çin 5 3 5 13
    3 Avstraliya 4 0 3 7
    4 İtaliya 3 4 2 9
    5 Yaponiya 3 0 7 10
    6 Macarıstan 3 0 0 3
    7 Rusiya 2 5 3 10
    8 Koreya 2 2 1 5
    9 Tailand 2 1 1 4
    10 Britaniya 1 1 2 4
    11 Braziliya 1 1 0 2
    12 İsveç 1 1 0 2
    13 Tayvan 1 0 2 3
    14 Argentina 1 0 1 2
    15 Vyetnam 1 0 0 1
    16 Kolumbiya 1 0 0 1
    17 Kosovo 1 0 0 1
    18 Hollandiya 1 0 0 1
    19 Xorvatiya 1 0 0 1
    20 İndoneziya 0 2 0 2
    21 Yeni Zelandiya 0 2 0 2
    22 CAR 0 2 0 2
    23 Kanada 0 1 3 4
    24 Qazaxıstan 0 1 2 3
    25 Ukrayna 0 1 1 2
    26 AZƏRBAYCAN 0 1 0 1
    27 Danimarka 0 1 0 1
    28 Şimali Koreya 0 1 0 1
    29 Monqolustan 0 1 0 1
    30 Filippin 0 1 0 1
    31 Fransa 0 1 0 1
    32 Özbəkistan 0 0 2 2
    33 Yunanıstan 0 0 1 1
    34 Gürcüstan 0 0 1 1
    36 İspaniya 0 0 1 1
    37 Polşa 0 0 1 1
    38 Portuqaliya 0 0 1 1
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi