Yuxarı
    Bağlamaq

    Yaşar Vahabzadə: "Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər"

    Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram

    Bakı. 21 may. REPORT.AZ/ "Uşaqlar ilk hissədə 2 qol vurandan sorna bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır".

    "Report"un məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının final matçında Omar yığması üzərində 2:1 hesablı qələbədən sonra söyləyib.

    57 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfansında jurnalistlərin suallarını da cavablandırıb.

    - Üstünlüyü əldən verəcəyinizdən qorxmurdunuz? 

    - Qorxu hissi var idi. Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər. 

    - İslamiadadakı bu uğuru Azərbaycan futbolunun ən böyük nailiyyəti adlandırmaq olar? 

    - Bu gün adlandırmaq olar. Lakin gələcəkdə daha da yaxşı nəticələr ola bilər. 

    - Hər bir əsgər general olmaq istəyir. Siz necə, əsas milli komandaya rəhbərlik etmək istərdiniz? 

    - Məndə elə bir iddia olmayıb. Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram. 

    - İslamiadanın səviyyəsi sizi qane edir? 

    - Əlbəttə. 

    - Hansı oyunçunu turnirin ən yaxşısı adlandırardınız? 

    - Futbol kollektiv oyundur. Hər bir oyunçu bacardığı qədər komandaya kömək göstərməyə çalışdı. 

    - Hansı oyun daha çox çətin keçdi? 

    - Final oyununu deyərdim. Çünki təzyiq çox idi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi