Yuxarı

Xetaq Qazyumov: "Finalda taktiki səhv etdim"

Rəqibin ayağımdan tutmasına imkan yaratdım

Bakı. 24 avqust. REPORT.AZ/ "Finalda dönüş yaratmağa tam ciddi çəkildə hazır idim. Ancaq yəqin ki, taktiki səhv etdim. Kiçik səhvim oldu ki, rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi".

"Report"un məlumatına görə, bu fikirləri Braziliyadan Vətənə qayıdan "Rio-2016" Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Xetaq Qazyumov bildirib.

O, olimpiadanın gümüş mükafatçısı olmasını özü üçün uğursuz nəticə saydığını söyləyib:

"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir".

Qazyumov gələcək karyerası, yenidən olimpiadada çıxış etməsinin mümkünlüyü ilə bağlı bunları bildirib:

"İstirahət edib yaxşı düşünməyim lazımdır. Bu qərar tez-bazar, asanlıqla verilmir. İdmanda uzun yol keçən karyeram olub. Bir sözlə deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşəcəyəm, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi