Yuxarı
    Bağlamaq

    Valentin Demyanenko: "Karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm"

    Olimpiya Oyunlaırnın gümnüş mükafatçısı jurnalisltərin suallarını cavablandırıb

    Mingeçevir. 27 avqust. REPORT.AZ/ "Bütün idmançılar kimi mən də olimpiadada qızıl medal qazanmaq istəyirdim. Amma yekunda gümüşlə kifayətləndim. Bu nəticəni layiqli hesab edirəm”.

    "Report"un məlumatına görə, bunu Azərbaycan kanoeçisi, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalçısı Valentin Demyanenko deyib.

    Təcrübəli idmançı bu gün Mingeçevirdə yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzində jurnalistlərlə görüşüb.

    V.Demyanenko olimpiadada qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: "Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. 7 santimetr məsafə gümüş medalla kifayətlənməyimə səbəb oldu".

    Təcrübəli idmançı qazandığı uğuru maksimum nəticə hesab etmir: "Mənim üçün maksimum nəticə qızıl medal olardı. Qazandığım nəticədən daha artığına layiq idim. Həm Londonda, həm də Rioda çempion olmaq gücündəydim. Amma sonda gümüş medal qazandım".

    O qeyd edib ki, hazırda istirahət barədə düşünür: "Olimpiadada istədiyimə nail oldum, medal qazandım. İndi istirahət etməliyəm. Ukraynaya yollanacağam. Ukraynanılar arasında da qazandığım nəticəyə görə sevinənlər var. Amma onlar daha çox öz çempionlarına görə sevinirlər".

    33 yaşlı idmançı hələlik gələcək karyerası haqqında qərar qəbul etmədiyini vurğulayıb: "Növbəti olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm. Karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Lakin istənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növsünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onlarən hər biri mənə çox kömək ediblər".

    Demyanenko vaxtı ilə Azərbaycan yığmasında birgə çalışdığı Andrey Kraytorla münasibətlərindən də söz açıb: "Ona qarşı münasibətim hamı kimidi. Hər şey normaldı. İdmanda düşmən olmur. Heç bir rəqibim arasında fərq qoymuram".

    Əslən ukraynalı olan idmançı Azərbaycan dilində anladığını söyləyib: "Artıq 9 ildir burada yaşayıram. Azərbaycan dilini müəyyən qədər başa düşürəm, bəzi sözlərin mənasını bilirəm. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm".

    Sonda Demyanenko qazandığı olimpiya medalın rolu olan hər kəsə təşəkkür edib: “İlk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram. Eləcə də idman naziri Azad Rəhimova, federasiyamızın prezidenti Elçin Zeynalova təşəkkür edirəm. Mənə dəstək olan hər kəs sağ olsun. 9 il ərzində uzun yol qət etmişik. Yekunda olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə kömək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həmçinin “Kür” Olimpiya Tədris İdman Mərkəzinin rəsmisi Rəhman Xanlarovun adını çəkmək istərdim. O, Mingəçevirə gəldiyim ilk gündən mənə dəstək olub, bütün işlərdə yardımçı olub”.

    Görüşdən öncə isə Demyanenko ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərində yerləşən abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi