Yuxarı
    Bağlamaq

    Azərbaycan kanoeçisi: "Olimpiadada gümüş medal yaxşı nəticədir"

    Valentin Demyanenko Rio-2016nın onun üçün uğurlu alındığını bildirib

    Bakı. 24 avqust. REPORT.AZ/ "Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir". Bunu "Report"a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko deyib.

    V.Demyanenko gümüş medalın yaxşı nəticə olduğunu bildirib: "Olimpiya medalı qazanmaq üçün bütün imkanlarım var idi. Amma gümüş medal da yaxşı nəticədir".

    Qeyd edək ki, Demyanenko London-2012-də zədə səbəbindən uğursuz çıxış edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi