Yuxarı

Ukraynalı olimpiya mükafatçısı: "Nəyə görə Camalaya ev verirlər, bizə yox?"

Belə başa düşürəm ki, o, çoxuşaqlı anadır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ukrayna yunan-Roma güləşçisi Jan Belenyuk ölkənin "Eurovision" mahnı müsabiqəsində qalib gələn müğənnisi Camalaya mənzil verildiyi halda, idmançıların evsiz olmasından narazı qalıb.

"Report"un məlumatına görə, bu barədə Ruanda əsilli pəhləvan 5TV-yə açıqlamasında bildirib.

O bildirib ki, bəzi idmançılar kimi susmaq fikrində deyil: "Elə idmançılar var ki, heç nə danışmırlar. Sanki onları hər şey qane edir. Mən isə susmayacağam. Nəyə görə Camalaya 3 otaqlı mənzil verirlər, biz idmançılar üçün isə bu, qanunla nəzərdə tutulmur. Belə başa düşürəm ki, Camala çoxuşaqlı anadır".

Qeyd edək ki, Jan Belenyuk 85 kq çəki dərəcəsində "Bakı 2015" I Avropa Oyunlarının və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. O, həmçinin dünya və ikiqat Avropa çempionudur. Camala isə 2016-cı il Eurovision" mahnı müsabqəsində birinci yeri tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi