Yuxarı
    Bağlamaq

    Türkiyə milli komandası Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb

    Kişi ağırlıqqaldıranlar arasında 69 kq çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub

    Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyə milli komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. 

    "Report"un məlumatına görə, kişi ağırlıqqaldıranlar arasında 69 kq çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub.

    Türkmənistanlı legioner iki hərəkətin cəmində 351 kq (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kq (162+190) ağırlığın öhdəsindən gələn çinli Jiyonq Şi, bürünc medala isə 339 kq (151+188) göstəriciyə malik qırğızıstanlı İzzat Artıkov sahib olub.

    Qeyd edək ki, bu çəkidə Türkiyə ilə yanaşı, Qırğızıstan da ilk medalı əldə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi