Yuxarı
    Bağlamaq

    Turanə Ağayeva: "Finalda uduzsam da, əsas odur Azərbaycan himni səsləndi"

    Rəqibim Ramilə məndən həm yaş, həm də təcrübə baxımından üstün idi

    Bakı. 14 may. REPORT.AZ/ "İslam Oyunlarında iştirak etməyimə çox şadam. Xoşbəxtəm. Özümə çox inanırdım".

    Bunu "Report"a açıqlamasında cüdo üzrə gümuş medal qazanan paralimpiyaçı Turanə Ağayeva deyib.

    T.Ağayeva rəqibinə məğlub olmasına da aydınlıq gətirib:

    "Finalda qalib olmaq istəyərdim, amma rəqibim Ramilə məndən həm yaş, həm də təcrübə baxımından üstün idi. Əsas odur ki, Azərbaycan himni səsləndi. Gələn yarışlarda iki yox, birinci yeri tutmağa çalışacağam".

    Cüdoçu deyib ki, qarşıda bir neçə qran-pridə, Avropa və dünya çempionatlarında, həmçinin "Tokio 2020"də iştirak etməyi planlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi