Yuxarı
    Bağlamaq

    Bu gün 6 Azərbaycan idmançısı XXXI Yay Olimpiya Oyunlarında yarışacaq

    İdmançıların hamısı medallar uğrunda mübarizə aparacaqlar

    Bakı. 10 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı yarışacaq. 

    "Report"un məlumatına görə, idmançıların hamısı medallar uğrunda mübarizə aparacaqlar. 

    Bakı vaxtı ilə saat 17:56-da cüdoçu Məmmədəli Mehdiyev rusiyalı Kirill Denisovla 1/16 final görüşündə üz-üzə gələcək. Denisov və sonrakı 2 rəqibini məğlub edəcəyi təqdirdə, Mehdiyevi saat 22:30-dan start götürəcək yarımfinal və final qarşılaşmaları gözləyir.
    Saat 20:02-də qadınların 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük mübarizəsində Fatimə Alkərəmova start xəttinə çıxacaq. 6 seçmə qrupdan birincisində yer alacaq Alkərəmova 7 idmançı - Aminat Şajan (Maldiv adaları), Nikol Marijay (Albaniya), Ana Sofia Nobreqa (Anqola), Yovana Terziç (Monteneqro), İnes Remersaro (Uruqvay), Yusra Mardini (Qaçqınlar yığması) və Estella Fils Rabetsara (Madaqaskar) ilə yarışacaq. 16 ən yaxşı göstəriciyə malik üzgüçü 05:12-də başlanacaq yarımfinala yüksələcək.
    Saat 20:25-də kişilərin 200 metr məsafəyə arxası üstə üzgüçülük yarışına Boris Kirillov qatılacaq. Onun rəqibləri Robert Qlinta (Rumıniya) və Reksford Tullius (Vircin adaları) olacaq. 26 üzgüçü arasından ən yaxşı göstəriciyə malik 16-sı 05:28-də start götürəcək yarımfinalda çıxış edəcək.
    Saat 20:30-da kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə yarımfinal keçidində çıxış edəcək. Onun rəqibləri Covani De Cennaro (İtaliya), Jozef Klark (Böyük Britaniya), Hans Ayqner (Almaniya), Yakub Qriqar (Slovakiya), Pedro da Silva (Braziliya), Pavel Eygel (Rusiya), İrji Prskavek (Çexiya), Mayk Douson (Yeni Zelandiya), Sebastyan Kombo (Fransa), Mixal Smolen (ABŞ), Peter Kauzer (Sloveniya), İsak Orstrom (İsveç), Kazuki Yazava (Yaponiya) və Mario Laytner (Avstriya) olacaq. İlk "10-luğ"a düşəcək kanoe-slalomçular saat 22:15-də başlanacaq final keçidinə vəsiqə qazanacaqlar.
    Saat 20:45-də boksçu Abdulqadir Abdullayev özbəkistanlı Rustam Tulaqanovla 1/4 final görüşündə üz-üzə gələcək. Döyüşün qalibi ən azı bürünc medalı təmin edəcək.
    Nəhayət, saat 23:00-dan etibarən idman gimnastı Oleq Stepko fərdi çoxnövçülük üzrə final mərhələsində mübarizə aparacaq. O, müxtəlif hərəkətlərin yekununda 24 finalçı arasında ilk "3-lüy"ə düşməyə çalışacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi