Yuxarı
    Bağlamaq

    Rio-2016: Taekvondoçu Herçeqani Azərbaycana daha bir bürünc medal qazandırıb

    Azərbaycanın olimpiadadakı medallarının sayı 14-ə çatıb

    Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani bürünc medal görüşünə çıxıb.

    "Report"un məlumatına görə, 80 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Pyotr Pajinski (Polşa) olub.

    İlk hissədə Harçeqaninin zərbəsi baş məşqçi Reza Mehmandustun etirazından sonra qeydə alınıb və ona 3 xal verilib. Sonradan iranlı legioner daha 1 xal qazanıb - 4:0.

    İkinci raunda da Harçeqani fəal başlayıb və daha 4 xal alıb. Sonradan o, 1 xal da qazanaraq, hissəni 9:0 hesablı üstünlüklə tamamlayıb.

    Üçüncü hissənin əvvəlində isə Harçeqani daha 3 xal qazanaraq, təmiz qələbəyə nail olub.

    Beləliklə, Azərbaycana olimpiadada 14-cü medalı Milad Beigi Harçeqani qazandırıb. Onlardan 13-ü rəsmiləşib - 4 gümüş, 9 bürünc medal. Harçeqani də qadın taekvondoçu Patimat Abakarova (49 kq) kimi bürünc medalla kifayətlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi