Yuxarı
    Bağlamaq

    Rio-2016: Rövşən Bayramov bürünc medal qazana bilməyib

    Azərbaycanlı pəhləvan görüşü məğlub başa vuraraq 5-ci yeri tutub

    Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal görüşünə çıxıb. 

    "Report"un məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı pəhləvanın rəqibi norveçli Stiq-Andre Berge olub.

    İlk hissədə tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Berge passiv güləşdiyi üçün Bayramov 1 xal qazanıb. Lakin hissənin sonlarında norveçli güləşçi 1 xal qazanıb. Məhz rəqibi sonda xal aldığı üçün azərbaycanlı pəhləvan görüşü məğlub başa vuraraq, "Rio-2016"da 5-ci yeri tutub. 

    Qeyd edək ki, Rövşən Bayramov bunadək 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi