Yuxarı
    Bağlamaq

    ​"Rio-2016": Qadın futbolçuların mübarizəsində finalçılar müəyyənləşib

    Bürünc medal uğrunda Braziliya və Kanada mübarizə aparacaq

    Bakı. 17 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsində finalçılar müəyyənləşib.

    "Report"un məlumatına görə, həlledici görüşdə İsveç və Almaniya yığmaları mübarizə aparacaq.

    Finala gedən yolda Almaniya Kanada yığmasını 2:0 hesabı ilə məğlub edib. İsveç və ev sahibi Braziliya arasındakı görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyən olunub. İsveç penalti zərbələrini daha dəqiq yerinə yetirərək adını finala yazdırıb - 4:3.

    Bürünc və qızıl medallar uğrunda görüşlər avqustun 19-da keçiriləcək.

    Kişilərin mübarizəsində isə finalçılar bu gecə məlum olacaq.

    Qeyd edək ki, "Rio-2016"da futbol yarışlarına avqustun 20-də yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi