Yuxarı
    Bağlamaq

    "Rio-2016": Fici olimpiada tarixində ilk medalını qazanıb

    Reqbi-7 komandası qızıl medala yiyələnib

    Bakı. 12 avqust. REPORT.AZ/ Fici ölkəsi Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

    "Report"un məlumatına görə, ada ölkəsinin aktivinə medalı reqbi-7 komandası yazdırıb.

    Komanda final görüşündə Böyük Britaniyanı məğlub edib. Bununla da Fici bir ilkə imza atıb. Ada ölkəsi 1956-cı ildən qatıldığı Olimpiya Oyunlarında ilk dəfə medal qazanıb.

    Fici "Rio-2016"da 56 idmançı ilə çıxış edir. Buna qədər ölkənin ən yüksək iştirakçı göstəricisi 1988-ci ildə Seul Yay Olimpiya Oyunlarında qeydə alınıb. Həmin olimpiadada Ficini 24 idmançı təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi