Yuxarı

​"Rio-2016"da olimpiya məşəlini yandıracaq idmançı müəyyyənləşib

Bu, braziliyalı marafonçu Vanderley Kordeyrudur

Bakı. 6 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəlini braziliyalı marafonçu Vanderley Kordeyru yandıracaq.

"Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı məşəli "Rio-2016"nın açılış mərasimində alovlandıracaq.

Daha öncə bu missiyanı ötənlərin məşhur braziliyalı tennisçisi Qustavo Kuertenin yerinə yetirəcəyi bildirilirdi. Eyni zamanda müvafiq təklif əfsanəvi futbolçu Peleyə də ünvanlanıb. Lakin "futbol kralı" səhhəti ilə əlaqədar açılış mərasiminə qatıla bilməyəcəyini söyləyib.

Qeyd edək ki, hazırda "Marakana" stadionunda mərasim davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi