Yuxarı
    Bağlamaq

    ​"Rio-2016"da hovuzdakı suyun rəngi dəyişib - VİDEO

    Rəng dəyişiminin səbəbi məlum deyil

    Bakı. 10 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında maraqlı hadisə baş verib.

    "Report"un məlumatına görə, suya tullanma yarışlarında istifadə edilən hovuzdakı suyun rəngi gözlənilmədən yaşıl olub.

    Rəsmilər rəng dəyişiminə baxmayaraq idmançılar üçün heç bir təhlükənin olmadığını bildirib. Olimpiadanın təşkilatçıları havaların isti və küləksiz keçməsi ilə əlaqədar suyun yosun səbəbindən rəng dəyişməsini istisna etmir.

    Hovuzdakı suyun rənginin dəyişməsiminin dəqiq səbəbi məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi