Yuxarı
    Bağlamaq

    Rio-2016: Azərbaycan velosipedçisi Olqa İsmayılova olimpiadada 13-cü yeri tutub - ƏLAVƏ OLUNUB-2

    O, yekun sıralamada 27 iştirakçı arasında 13-cü yeri tutub.

    Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan velosipedçisi Olqa İsmayılova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının sprint növündə mübarizə aparıb.

    "Report"un məlumatına görə, təsnifat mərhələsində İsmayılova 11.152 saniyə göstərici ilə 27 iştirakçı arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb.

    Növbəti mərhələdə onun rəqibi təsnifat mərhələsində olimpiya rekordunu yeniləməklə 1-ci olan böyük britaniyalı Rebekka Ceyms olub. 1/8 finala vəsiqə uğrunda mübarizədə İsmayılova məğlubiyyətlə üzləşib. Lakin o, təsəlliverici yürüşdə iştirak etməklə növbəti mərhələyə adlamaq şansına malik olub.

    Bununla belə, o, növbəti imkandan da yararlana bilməyib. Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçmək lazım olduğu halda, təmsilçimiz yalnız 2-ci olub və çıxışını başa vurub.

    Azərbaycan velosipedçisi Olqa İsmayılova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Sprint yarışında təsəlliverici yürüşdə iştirak etməklə 1/8 finala adlamaq şansını saxlayan İsmayılova bu imkandan yararlana bilməyib. Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçmək lazım olduğu halda, təmsilçimiz yalnız 2-ci olub və çıxışını başa vurub. 

    Bununla da Olqa İsmayılova yekun sıralamada 27 iştirakçı arasında 13-cü yeri tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi