Yuxarı
    Bağlamaq

    “Report” İnformasiya Agentliyinin fotoqrafları İslamiadadakı fəaliyyətlərinə görə mükafatlandırılıblar

    IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə adlı fotosərgi keçirilib

    Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçirilib. 

    “Report”un məlumatına görə, Muzey Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Xəzər İsayev və digər rəsmi şəxslər iştirak ediblər.

    Açılış sözü ilə çıxış edən Ç.Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları İslamiadada fantastik nəticələr göstəriblər. O, təşkilati işlərdə fotoqrafların rolunu xüsusi ilə qeyd edib: “Əlli dörd fotoqrafın işi daim yaddaşlarda, arxivlərdə qalacaq. Sərgi iştirakçılarını təbrik edirəm”.

    Daha sonra fotoqrafiyanın inkişafına verdiyi dəstəyə görə A.Rəhimov Azərbaycan Fotoqraflar Birliyi adından fəxri diplomla mükafatlandırılıb.

    Həmçinin İslamiadanın işıqlandırılmasında xidmətlərinə görə 54 fotoqraf müxtəlif nominasiyalar üzrə təltif olunublar. Mükafatçılar sırasında “Report” İnformasiya Agentliyinin fotoqrafları - Elşən Babayev və Firudin Səlimov da var.

    Mükafatları A.Rəhimov, Ç.Hüseynzadə və X.İsayev təqdim ediblər.

    Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12 – 22-də Bakıda keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi