Yuxarı
    Bağlamaq

    Ramilə Kaştayeva: "Əsas hədəf 2020-ci ildə Tokioda keçiriləcək Olipiadadır"

    Amma avqustda Avropa və gələn il dünya çempionatına da hazırlaşıram

    Bakı. 14 may. REPORT.AZ/ "Paralimpiyada ilk yarışım olduğundan üzərimdə böyük məsuliyyət hissi var idi və yarışlara qədər çox məşq etmişdim. Bizə inanların etimadını doğrultdum".

    "Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 70 kq çəkidə paracüdoçuların mübarizəsində qızıl medal qazanan Ramilə Kaştayeva deyib.

    R.Kaştayeva rəqiblərinin sayının az olmasından təəssüflənmədiyini bildirib:

    "Bu, islam oyunlarıdır. Burada Özbəkistan, Əlcəzair, Türkiyə idmançıları yarışır. Onlar güclü idmançılardır. Mənim ilk rəqibim özbək Olimpiya üçüncüsü idi. İkincisi isə öz həmvətənimiz oldu".

    Qızıl medalçı deyib ki, əsas hədəfi "Tokio-2020"də qızıl medal almaqdı:

    "Əsas hədəfimiz 2020-ci ildə Tokioda keçiriləcək Olipiadadır. Amma avqustda Avropa və gələn il dünya çempionatına da hazırlaşıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi