Yuxarı
    Bağlamaq

    Qırğızıstanın bəzi idmançıları İslamiadaya şəxsi vəsaitləri hesabına gələcəklər

    Asiya ölkəsi idmanın 11 növündə təmsil olunacaq

    Bakı. 13 aprel. REPORT.AZ/ Qırğızıstan nümayəndə heyəti Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 70-ə yaxın idmançı ilə qatılacaq.

    "Report"un sputnik.kg saytına istinadən verdiyi məlumata görə, bu ölkə İslamiadada idmanın 11 növündə - üzgüçülük, güləş, cüdo, boks, atıcılıq, bədii gimnastika, atletika, taekvondo, uşu, voleybol və zorxanada təmsil olunacaq.

    Dövlət agentliyinin büdcəsindən Oyunlarda iştirak və komandanın geyimlə təmin olunması üçün 51 nəfərlik heyətə 4,69 milyon som (116 min 781 manat) pul ayrılıb. Digər idmançılar isə Qırğızıstan Milli Olimpiya Komitəsinin və şəxsi vəsaitləri hesabına İslamiadaya ezam olunacaqlar.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi