Yuxarı
    Bağlamaq

    ​Qaçqın idmançılar da Rio-2016-da iştirak edəcək

    Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax açıqlama verib

    Bakı. 27 oktyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə qaçqın idmançılar da iştirak edəcək. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlama verib.

    T.Bax bildirib ki, bu addım dünyadakı qaçqınlara inam simvolu olacaq: "Qaçqın idmançılar heç bir yığma və ölkənin bayrağı altında çıxış etməyəcəklər. Onlar Olimpiya bayrağı altında mübarizə aparacaqlar".

    Qeyd edək ki, Rio-2016 5 - 21 avqustda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi