Yuxarı
    Bağlamaq

    Prezident: “İslam Həmrəyliyi Oyunlarındakı qələbənin çox möhkəm təməli var”

    “Biz idmançılarımızla fəxr edirik”© President.az

    Bakı. 23 may. REPORT.AZ/ “Bu, böyük tarixi qələbədir. Bu qələbənin çox möhkəm təməli var. Nailiyyətlərimiz Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir”.

    “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    “Biz idmançılarımızla fəxr edirik” - deyən dövlət başçısı qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrə verdiyini nümayiş etdirib.

    Bu gün ölkədə idmanın ictimai-siyasi proseslərdə xüsusi yer tutduğunu, idmançılara xüsusi münasibətin olduğunu, hər bir vətənpərvər vətəndaşın idmançılarımızın uğurları ilə fəxr etdiyini, qürur hissi keçirdiyini vurğulayan dövlət başçısı Oyunların keçirildiyi 10 gün ərzində Azərbaycan cəmiyyətinin bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdiyini söyləyib.

    Prezident diqqətə çatıdırb ki, IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbələri yaxın gələcəkdə uşaqların idman bölmələrinə gəlişini daha da sürətləndirəcək: "Bu da nəticə etibarı ilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət edir.

    "İdman sağlam həyat tərzidir" deyən dövlət başçısı bildirib ki, biz ölkəmizdə sağlam həyat tərzinin üstünlük təşkil etməsini istəyirik. Bu Oyunların keçirilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu, bütün qurumların yaxşı işlədiyini, bir ailə, bir komanda kimi bir amala xidmət etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, uğurlarımızın təməlində ölkəmizdə bütün idman qurumlarının sıx əlaqədə işləməsi faktoru dayanır: "Oyunların yüksək səviyədə keçirilməsində birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin rolu xüsusidir. Komitənin gördüyü işləri yüksək qiymətləndirirəm. Əməliyyat Komitəsi də çox yaxşı işləyib. İslam Həmrəliyi Oyunlarının açılış və bağlanış mərasimlərini möhtəşəmliyi ilə fərqlənib. Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi. Açılış mərasimində Azərbaycan xalqının öz milli mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğu, islamın sülh, mədəniyyət dini olduğu göstərildi. Azərbaycan xalqı zəngin tarixini və mədəniyyətini bütün dünyaya nümayiş etdirdi. Bağlanış mərasimində Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil Azərbaycan dövlətini təcəssüm etdirir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximız, baxışlarımız birləşdirir. Bu Oyunların ölkəmizdə keçirilməsi bizə olan hörmətin və inamın təzahürüdür. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir. Oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunur. Bu gün Azərbaycan inkişaf edən müasir, güclü, mütərrəqi dövlət kimi tanınır. İdmançılarımızın uğurları bunu bir daha göstərir. Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz də buna nail olduq. Ölkəmiz müsəlman aləmi ilə qərb aləmini birləşdirir. Müstəqilliyimiz ən böyük sərvətimizdir. IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimizn möhkəmlənməsinə verilən növbəti töhfə və hədiyyədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi