Yuxarı

Portuqaliyalı naziri Rio-de-Janeyroda qarət ediblər

Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib

Bakı. 8 avqust. REPORT.AZ/ Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, oğru dərhal yaxalanıb.

Nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib. T.B.Rodriges bu tələbi yerinə yetirib.

Amma cinayətkar çox uzağa gedə bilməyiblər. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi