Yuxarı
    Bağlamaq

    Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb

    Toplanış Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır

    Bakı. 14 fevral. REPORT.AZ/ Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərinə təlim-məşq toplanışına yollanıb.

    Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 13 gün davam edəcək toplanış Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır.

    İslamiadanın proqramına cüdo və atletika olmaqla, iki paralimpiya idman növü əlavə edilib. Azərbaycanı təmsil edəcək paralimpiyaçıların adları yaxın günlərdə açıqlanacaq.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi