Yuxarı
    Bağlamaq

    Olimpiya Oyunlarının açılış mərasiminə 45 dövlət və hökumət başçıları qatılacaq

    Avropa dövlət başçılarından açılış mərasimində Almaniya, Fransa və Portuqaliya prezidentləri iştirak edəcək

    Bakı. 5 avqust. REPORT.AZ/ "Rio-de-Janeyro-2016" Olimpiya Oyunlarının açılış mərasiminə 45 dövlət və hökumət başçıları qatılacaq.

    "Report" xəbər verir ki, bu barədə "France-Presse" yazır.

    Latin Amerikası ölkələrindən öz iştiraklarını Argentina və Paraqvay  prezidentləri təsdiq edib. 

    Avropa dövlət başçılarından açılış mərasimində Almaniya, Fransa və Portuqaliya prezidentləri iştirak edəcək.

    ABŞ adından dövlət katibi Con Kerrinin iştirak edəcəyi gözlənilir. 

    Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi