Yuxarı
    Bağlamaq

    Olimpiya məşəli estafeti Braziliyadan start götürüb

    Məşəli ikiqat Olimpiya çempionuna ölkə prezidenti təqdim edib

    Bakı. 3 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəl estafeti Braziliyanın paytaxtı Braziliadakı Planaltu Sarayından start götürüb. "Report"un məlumatına görə, Planaltu Sarayı ölkə prezidenti Dilma Russeffin iş iqamətgahı sayılır.

    Təntənəli mərasim zamanı voleybolçu qadınlardan ibarət yığmanın heyətində ikiqat Olimpiya çempionluğunu qazanmış Fabiano Klaudino Russeffin əlindən məşəli alıb. Məhz bu idmançı vətənində estafeti başlama şərəfinə nail olub. Klaudino məşəli braziliyalı riyaziyyatçı Artur Avil Kordeyra di Meloya, o isə karate üzrə bir neçə yarışın mükafatçısı, 16 yaşlı Qabriel Hardiyə ötürüb. Olimpiya məşəlinin marşrutu boyunca təhlükəsizliyi 300-dək təhlükəsizlik xidməti əməkdaşı qoruyacaq. 95 gün davam edəcək estafetə 12 min insan qatılacaq.

    Məşəl avqustun 5-də "Rio-2016"nın Açılış Mərasiminin keçiriləcəyi "Marakana" stadionuna gətiriləcək. Yay Olimpiya Oyunları avqustun 21-dək davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi