Yuxarı
    Bağlamaq

    Olimpiadada medal qazanacaq Azərbaycan idmançıları üçün mükafatın məbləği iyulda müəyyənləşəcək

    Bayraqdarın kim olacağına da hələ aydınlıq gəlməyib

    Bakı. 12 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı hələ müəyyənləşməyib. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

    O bildirib ki, olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların həcmini prezident İlham Əliyev təyin edəcək: "Mükafatın məbləği iyulda Prezidentin imzalayacağı sərəncama əsasən müəyyənləşəcək".

    Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı ilin avqustun 5-də başlayacaq və 21-dək davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi