Yuxarı
    Bağlamaq

    Olimpiadada iştirak edəcək paralimpiyaçılar sabah yola düşəcək

    Təyyarə saat 06:30-da havaya qalxacaq

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar sabah yola düşəcəklər. "Report"un məlumatına görə, paralimpiya komandası səhər saat 06:30-da Braziliyaya doğru hərəkət edəcək. Azərbaycan paralimpiyaçıları Fransadan tranzit olaraq Braziliyaya yollanacaqlar.

    Paralimpiyaçılar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından mütəmadi reyslə yola salınacaq.

    Qeyd edək ki, paralimpiya yarışları 7-18 sentyabrda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi