Yuxarı
    Bağlamaq

    Mutko idman naziri postunu tərk etməyə hazırdır

    Rusiya milli komandasının Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-dan kənarlaşdırılması mənim üçün böyük uğursuzluq olardı

    Bakı. 25 iyun. REPORT.AZ/ Rusiya idman naziri Vitali Mutko Rusiya milli komandasının Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-dan kənarlaşdırılmasının onun üçün böyük uğursuzluq olacağını bildirib.

    "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, V.Mutko, həmçinin belə olacağı təqdirdə idman naziri postunu tərk edəcəyini vurğulayıb.

    "Mən işimi tam məsuliyyətlə görməyə çalışıram. Bütün komanda Rio Olimpiadasından kənarlaşdırılsa, bu mənim üçün uğursuzluq olacaq. Belədə bütün məsuliyyəti üzərimə götürüb istefa verməli olacam", - deyə nazir "İdman sualı" verilişinin efirində deyib.

    Qeyd edək ki, Olimpiya Oyunları 5-21 tarixlərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi