Yuxarı
    Bağlamaq

    Mutko: "272 Rusiya idmançısının Olimpiadada iştirakına icazə verilib"

    Rusiya idman naziri: Hər şeyə sabah tam aydınlıq gələcək

    Bakı. 29 iyul. REPORT.AZ/ Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-ya 272 Rusiya idmançısı buraxılıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya idman naziri Vitali Mutko məlumat verib.

    "Bu günə qədər 272 idmançının Olimpiya Oyunlarında iştirak edəcəyi dəqiqləşib. Hər şeyə sabah tam aydınlıq gələcək: bir neçə idman növü üzrə prosedurlar başa çatacaq. Bütün bu kriteriyaların yalnız bizim komandamıza qarşı tətbiq edildiyini görürük. Hamımız gördük ki, ikili standartlar mövcuddur", - deyə V.Mutko İdman Nazirliyi şurasının iclasının açılışında çıxış edərkən bildirib.

    Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi daha əvvəl Rio Olimpiya Oyunlarından Rusiyanın bütün komandalarını uzaqlaşdırmamağa qərar vermiş, yekun qərarı ayrı-ayrı beynəlxalq idman federasiyalarının öhdəsinə buraxmışdı.

    Qeyd edək ki, Olimpiadada uzunluğa tullanmaq üzrə yarışan Darya Klişinadan savayı, Rusiyanın yüngül atletika komandası və dopinqdə ilişən digər idmançıları iştirak edə bilməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi