Yuxarı
    Bağlamaq

    Mingəçevirdə Su festivalı keçirilib - FOTO

    Xəzərdən start götürən Bakı 2017 ümumxalq səyahət turu Mingəçevirə çatıb

    Mingəçevir. 23 aprel. REPORT.AZ/ Mingəçevirin Kür Olimpiya İdman Tədris Mərkəzində İslam Həmrəylik Oyunları – 2017-yə dəstək məqsədi ilə Su festivalı təşkil olunub.

    "Report"un yerli bürosu xəbər verir ki, İslamiada-2017-nin Təşkilat Komitəsinin nümayəndəsi Ülviyyə Əkbərova və oyunların Fəxri səfiri, Olimpiya mükafatçısı Rəsul Çunayevin iştirakı ilə keçən festival silsilə tədbirlərlə əlamətdar olub.

    Öncə mingəçevirli idmançı - sambo üzrə dünya və Avropa mükafatçısı Ayaz Umudəliyev qayıqla Kür çayından festivalın rəmzi olan su nümunəsi götürüb. Daha sonra yeniyetmələr arasında əyləncəli idaman oyunları təşkil olunub.

    Su festivalı Heydər Əliyev meydanında təşkil olunan konsert proqramı ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi