Yuxarı
    Bağlamaq

    Məmmədəli Mehdiyev: "Biz İslamiadaya görə müsəlman deyilik"

    Bütün görüşlərim çətin idi© Report.az

    Bakı. 14 May. REPORT.AZ/ "Rəqibimlə 4 dəfə qarşılaşmışdım və sonuncu dəfə mən udmuşdum. Öz divarlarımız arasında idi və udmalı idim".

    "Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 90 kq çəkidə cüdoçuların mübarizəsində qızıl medal qazanan Məmmədəli Mehdiyev deyib. 

    M.Mehdiyevin sözlərinə görə, Avropa çempionatındakı son uğursuzluğundan sonra bu oyun özünü sübut etməyə kömək edib: "Bütün görüşlərim çətin idi. Final isə lap çətin idi. Məsuliyyət idi". 

    "Qazanılan pul o insanı döndərir ki, o, buna meyllidir. Mənim belə fikrim yoxdur. Biz İslamiadaya görə müsəlman deyilik, özümüzə görə müsəlmanıq" - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi